Nazirlikdən "Son zəng" xəbərdarlığı
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən "Son zəng" xəbərdarlığı

Azərbaycan Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində "Son zəng"in necə keçiriləcəyinə aydınlıq gətirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu il ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib.

Tövsiyələrdə bildirilib ki, "Son zəng" tədbiri bilavasitə təshil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir.

"Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm