Qırmızı.az
TQDK-a bu gün magistr imtahanı keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il mayın 25-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
Publika.az-ın məlumatına görə, qəbul imtahanının birinci
mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən
bakalavrların proqram seçimi 2014-cü il mayın 1-dən 8-dək
aparılmışdır. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə
daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul
proqramlarından birini seçib təsdiq ediblər.
Bu hüquqa malik olan bakalavrlardan 10159 nəfəri qəbul proqramını
seçərək təsdiqləyib.
Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus
bölməsi üzrə imtahan verəcəkdir. Bakalavrların 4269 nəfərini
oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali
təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin
məzunudur.
Bakalavrlardan 8957 nəfərinin Bakı şəhərində, 249 nəfərinin
Naxçıvan şəhərində, 953 nəfərinin isə Gəncə şəhərində imtahan
verəcəyi nəzərdə tutulur.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 13, Naxçıvan şəhərində 1,
Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılıb.
İmtahanın idarə olunması üçün 70 imtahan rəhbəri, 733
nəzarətçi-müəllim ayrılıb.
Bakalavrlara mayın 18-dən etibarən öz elektron ərizələrinə daxil
olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürmək imkanı
yaradılıb.
İmtahan mayın 25-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq
tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar
üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab
bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların
nəticəsinə təsir göstərmir.
İmtahanın nəticələri www.tqdk.gov.az internet saytında
yerləşdiriləcək.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan
sonra bakalavrlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil
müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların
müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma
seçimini yerinə yetirəcəklər.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO