Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır? - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır? - SİYAHI

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb

Azərbaycanda 2013-cü ildə daha çox yayılan xəstəliklərin siyahısı açıqlanıb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyat orqanlarının, həzm, qan dövranı sisteminin yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Azərbaycanda ölənlərin ümumi sayına nisbətən ötən il qan dövranı sistemi xəstəliklərindən ölənlər 63,2 faiz, yenitörəmələrdən 11,8 faiz, həzm sistemi xəstəliklərindən 5,2 faiz, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 4,8 faiz, tənəffüz orqanları xəstəliklərindən 2,7 faiz, infeksion və parazitar xəstəliklərindən 1,2 faiz, digər səbəblərdən isə 11,1 faiz təşkil edib.

Ümumiyyətlə, ölkədə ölənlərin sayı əhalinin hər min nəfərinə hesabı ilə 2012-ci ilə nisbətən 2013-cü ildə 6,0-dan 5,8-ə qədər azalıb.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qara yara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

----------
11:31

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm, qan dövranı sisteminin yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.

Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qarayara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.

Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm