Qırmızı.az
Ağır yol qəzası: 3 avtomobil toqquşdu
Bakının Nəsimi rayonu, Puşkin və 28 May küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Məlumata görə, Həsənov Eldar Rizvan oğlu idarə etdiyi “Hyundai”
markalı minik maşını ilə 28 may küçəsində hərəkətdə olarkən Puşkin
küçəsinin kəsişmədə “Ford” markalı avtomaşın qəfildən onun yoluna
çıxıb və qəza qaçılmaz olub. Zərbədən sonra idarəetmədən çıxan
“Ford” parkın kənarında dayanmış daha iki nəqliyyat vasitəsinə -
Yusifi Fəxrəddin Məhbub oğluna məxsus “Reno” və Məmmədov Qənimət
Məmi oğluna məxsus “Mercedes” markalı avtomaşına da ziyan vurub.
Hadisə zamanı “Ford”un sürücüsü yüngül xəsarət alıb. Onun
avtomaşını sənədsiz idarə etdiyi də üzə çıxıb.
Avtomobillər iki yolun ayrıcında toqquşduğundan onlardan birinin
işıqforun qırmızı işığında toqquşması ehtimalı yaranıb.
Qəzanın səbəblərini əraziyə cəlb olunmuş Nəsimi polisi
aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Ford markalı avtomaşını
idarə edən şəxs ifadəsinin alınması üçün Nəsimi RPİ-nin 22-ci PB-nə
aparıldı.
O, hətta hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları
buna imkan vermədi. /Ans/
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ