ANS-in maşını daş-qalaq edildi, kamerası sındırıldı (Yenilənib) - Fotolar
Bizi izləyin

Qırmızı.az

ANS-in maşını daş-qalaq edildi, kamerası sındırıldı (Yenilənib) - Fotolar

İntihar edən gəncin dəfni öncəsi Binədə gərginlik

Özünü asaraq intihar edən İsa Şahmarlının hazırda dəfn mərasimində insident yaşanır. Kənd camaatı daş-kəsəklə dəfnə mane olmaq istəyir, qəbristanlığa girməyə kimsəyə izn vermir. Səbəb kimi İsa Şahmarlının cinsi azlıq olmasını göstərilir. Onlar belə bir şəxsin kənd qəbiristanlığında dəfn olunmasını qəbul etmək istəmirlər.

"Axar.az"ın hadisə yerində olan müxbiri Tural Qurbanlının verdiyi məlumata görə, çəkiliş aparmaq və reportaj hazırlmaq istəyən jurnalistləri qəbiristanlığa yaxın buraxmaq istəməyən kənd camaatı ANS-in çəkiliş qrupuna sərt müqavimət göstərib. Müxbirimiz bildirir ki, qəbiristanlığa girməyə cəhd göstərən ANS-in "Alın yazısı" verilişinin çəkiliş qrupunun avtomobili daş-qalaq edilib, kamera isə sındırılıb.

***

13:45 Müxbirimiz xəbər verir ki, kənd camaatı qəbirstanlığı tərk edəndən sonra İsa Şahmarlının dostları oraya daxil ola biliblər. Onlar İ.Şahmarlının qəbrinin üstünə LQTB-nin bayrağını səriblər.

Bununla bərabər İsanın dostları qəbir üzərində onunla bağlı xatirələrini bölüşüblər. Ziyarətçilər daha sonra 22 yanvarı "LQTB-nin hüquqlarının müdafiəsi günü" elan edilməsi haqqında qərar qəbul ediblər. Sonra bununla əlaqədar Koordinasiya şurası yaradılıb. Şura bu qərarla bağlı imza toplayıb Milli Məclisə təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm