Yol verməyən sürücü qəza törətdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yol verməyən sürücü qəza törətdi - VİDEO

Binəqədi rayonu ərazisində avtoqəza hadisəsi baş verib. Xoşbəxtlikdən qəza zamanı yaralanan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib. Qəzanın baş verməsinə gəlincə isə sürücülərin bir-birinə yol verməməsi göstərilir.

Bakının Binəqədi rayonu ərazisində baş vermiş yol qəzasında iki avtomobil toqquşub. Pərvin Əzimovun idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitəsi 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospekti istiqamətində hərəkət edirmiş. Keçmiş Karl Marks dairəsində onun avtomaşını Cəmil Quliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Həmin vaxt “Jiquli” də Ziya Bünyadov prospektilə metronun “20 yanvar” stansiyası istiqamətində hərəkətdəymiş. Avtoqəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya “İnfiniti” markalı avtomobilin sürücüsü Pərvin Əzimovun yol hərəkəti qaydalarını kobud şəkildə pozması səbəb olub. 22-ci Dağlı küçəsindən, Ziya Bünyadov prospektinə çıxan sürücü, prospektlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobilə yol verməyib və hərəkətinə davam edib. Halbuki həmin ünvanda yol ver nişanı da quraşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm