Qırmızı.az
Şamaxıda qardaş qardaşı öldürdü
Şamaxıda silahlı insident nəticəsində qardaş qardaşını öldürüb, bir nəfər isə ağır yaralanıb.
Kanal S-ə xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində
rayonun Sabir qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə, toy mərasimi üçün Moskvadan gələn Mayıs Şahməmmədovla qardaşı Feruz Şahməmmədov arasında mübahisə yaranıb.
Hər iki qardaşın evi bir həyətdə olduğundan Mayıs vaxtilə evinin
açarlarını qardaşı Feruza təhfil verib. Evinə gəldiyini deyən Mayıs
qardaşından öz evinin açarını istəyib. Qardaşı isə açarları
verməyəcəyini və qardaşının bu evdən çıxıb getməsini tələb
edib.
Mayısın Şamaxıya gəlməkdə məqsədi isə qardaşı Feruzun qızının toyunda iştirak etmək olub. Feruz isə onları toyda görmək istəmədiyini bildirib. Bu zaman iki qardaş arasında mübahisə düşüb və dava böyüyüb. Feruz üzərində gəzdirdiyi tapança ilə qardaşına bir neçə dəfə atəş açıb. Səs küyə gələn Mayısın 21 yaşlı oğlu Heybət Şahməmmədov da güllə yarası alıb. Yerə yıxılan oğlunu görən Mayıs Şahməmmədov oğlunun öldüyünü zənn edərək qardaşından silahı alıb və Feruz Şahməmmədova bir neçə dəfə atəş açıb. Nəticədə Feruz hadisə yerində dünyasını dəyişib.
Heybət Şahməmmədov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə
şöbəsinə yerləşdirilib. Qardaşını öldürən Mayıs Şahməmmədov polis
tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb,
araşdırma davam etdirilir.
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ