Təhsil naziri imtahanlarla bağlı əmr verib
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri imtahanlarla bağlı əmr verib

Təhsil müəssisələrinin rəhbərlərinə qərargahların yaradılması və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılması, imtahanlarda şəffaflığı təmin etmək üçün ictimaiyyətin və valideynlərin iştirakı, imtahanların təşkilində və gedişində neqativ hallara yol vermiş şəxslər barədə tədbirlərin görülməsi tapşırılıb.

Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, orta ixtisas təhsili müəssisələrində imtahan sessiyalarının təşkili və keçirilməsi barədə Təhsil Nazirliyinin 21.05.2014-cü il tarixli 615 nömrəli əmri olub:

“Həmin əmrlə nazirliyin aidiyyəti şöbə və sektorlarının rəhbərlərinə nazirliyə daxil olan şikayət və məlumatlarla bağlı operativ araşdırmaların aparılması və orta ixtisas təhsili müəssisələrinə imtahan sessiyalarının monitorinqinin təşkil edilməsi tapşırılıb”.

Məlumatda bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələrində yay semestr imtahanlarının keçirilməsi ilə bağlı neqativ halların olması barədə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt”) heç bir məlumat daxil olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm