Qırmızı.az
İki nəfər 700 bal topladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.
Bu barədə TQDK-dan məlumat verilib. İmtahan nəticələri komissiyanın rəsmi saytında yerləşdirilib.
TQDK-dan verilən məlumata görə, imtahanda iştirak etmək üçün
qeydiyyatdan keçmiş 48387 abituriyentdən 4363 nəfəri imtahanda
iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent
imtahandan xaric edilib və nəticələri ləğv edilib. TQDK-nın
internet saytında sınaq imtahanında iştirak edən 44014
abituriyentin imtahan nəticələri yerləşdirilib. 2 abituriyent
təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə –
700 bal toplayıb. Onlardan biri II, digəri isə IV ixtisas qrupu
üzrə qeyd olunan nəticəni göstərib.
Qeyd edək ki, sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Daşkəsən,
Ağstafa, Tovuz, Sumqayıt, Qobustan, Mingəçevir, Yevlax, Şəki,
Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli,
Füzuli, Beyləqan, Şirvan, Salyan, Lənkəran, Yardımlı, Cəlilabad,
Quba, Xaçmaz və Siyəzən şəhərlərində ümumilikdə 65 binada təşkil
olunub.
Abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və
ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola
bilərlər.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."