Azərbaycanda yeni yol çəkilir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni yol çəkilir

Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi davam edir.

Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi davam edir.

Ağcabədi rayonunda 23 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi davam edir.

Ümumi uzunluğu 41 kilometr olan yolun Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən 19,4 kilometrlik birinci hissəsinin tikintisi başa çatdırılıb. Yolun bu hissəsində 42 suötürücü qoyulub, asfalt örtüyü salınıb. Yolun eni 6 metr, asfalt örtüyünün qalınlığı 10 santimetrdir.

Hazırda yolun Hüsülü-Kürdlər kəndlərini birləşdirən 21,6 kilometrlik hissəsinin tikintisi davam etdirilir. Bu hissədə yol yatağı işlənib hazırlanıb, 8 kilometr məsafədə asfalt örtüyü salınıb.

Yolda tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm