Nazir vətəndaşları dinlədi
Bizi izləyin

Qırmızı.az

Nazir vətəndaşları dinlədi

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tə

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, vətəndaş müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin vətəndaşlarla növbəti görüşü Ağdamın Quzanlı qəsəbəsində keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az verilən məlumata görə, Ağdam Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbulda Ş.Mustafayev Xocavənd, Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının yaradılması, istehsal və emal müəssisələrinin təşkili, əkin sahələrinin suvarılması üçün şəraitin yaradılması, artezian quyunun qazılması, musiqi kolleci üçün yeni binanın tikintisi, məktəb binasında əlavə infrastrukturun yaradılması, uşaq bağçasının təmiri və ya yeni binanın tikintisi, kənd yolunun çəkilişi, xalçaçılıq müəssisəsinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm