Qırmızı.az
"Azadlıq"ın əməkdaşı həbs olundu
Bu dəqiqələrdə Gəncə şəhəri Nizami rayonu Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Ərşad İbrahimov haqqında həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Avropa.info-ya Ərşad İbrahimovun qardaşı xəbər verib. Onun dediyinə görə, Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri, hazırda haqqında Baş Prokurorluğun Korrupsiya İdarəsində korrupsiya faktları ilə bağlı cinayət işi açılmış Məhəmməd Bağırovun vəsatəti əsasında həbs edilib.
Qeyd edək ki, bölgələrdəki korrupsiya ilə bağlı yazıları ilə tanınan Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov tərəfindən bir müddət öncə məhkəməyə verilmişdi. Onun məhkəməyə müraciət etməsinə səbəb Ərşad İbrahimovun onun rəhbərlik etdiyi dövlət idarəsindəki korrupsuya faktları ilə bağlı yazdığı yazılar olmuşdu. Məhz bu yazılardan sonra Baş Prokurorluq yanında Korrupsuya İdarəsi Məhəmməd Bağırovun rəhbərlik etdiyi dövlət müəssəsində araşdırma aparmış və korrupsiya faktları öz təsdiqini tapmışdı. Bununla bağlı Baş Prokurorluğun bəyanatı da yaymışdı. Lakin bu gün jurnalist Ərşad İbrahimov Məhəmməd Bağırovun vəsatəti əsasında həbs olunub.
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?