• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Unibank əməkdaşı Avropa çempionudur (R)

Unibank əməkdaşı Avropa çempionudur (R)

Unibank-ın Regional problemli kreditlər şöbəsinin ( Gəncə ) əməkdaşı Balı Hacıyev 12- 15 iyun tarixlərində Bakıda keçirilən Powerlifting idman növü üzrə Avropa cempionatının qalibi olub.

Ştanqı yerdən dartma hərəkətində 330 kg ağırlığın öhdəsindən gələn Unibank əməkdaşı, qızıl medala layıq görülüb. Çempionatında 100 kq çəki dərəcəsində üç hərəkətin cəmində 960 kq ağırlığın öhdəsindən gələn çempionumuz, bu mərhələyə görə, yarışın gümüş medalını da qazanıb.

İldən-ilə davamlı və stabil inkişafı ilə ölkə iqtisadiyyatına öz töhfəsini artıran Unibank, əməkdaşlarının fərdi və professional inkişafına xüsusi diqqət yetirir. Əməkdaşları üçün daim treninqlər və təhsil proqramları həyata keçirən bank, intellekt və digər bacarıqların inkişafına da diqqət ayırır. Partnyorlarla və eləcə də bank əməkdaşları arasında keçirilən intellektual və idman yarışları, belə tədbirlər silsiləsindədir.

Uğurlarımız bol olsun!

Unibank-hər kəsin bankı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR