Bakıda qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda qar yağacaq

Bakıda qar yağacaq

Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində yağışın sulu qarla yağması ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 0-2, gündüz 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Bölgələrdə də yanvarın 26-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm