Qırmızı.az
Leyla Əliyeva: "Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik" (FOTO)
Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin premyerası keçirilmişdir. Publika.az-ın AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin premyerasında olmuşdur.
Premyeradan sonra "Justice for Khojaly" ("Xocalıya ədalət")
beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında
həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini
bildirərək, "Endless Corridor" filminin çəkilməsindən məmnun
qaldığını dilə gətirmişdir.
Leyla Əliyeva qeyd etmişdir ki, "Endless Corridor" erməni
qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini
əks etdirən real sənədli filmdir. "Biz belə cinayətlərin təkrarını
bir daha görməməliyik", - deyə Leyla Əliyeva vurğulamışdır.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı
prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur
aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), "Games of
Thrones" adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də
iştirak etmişlər.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilmişdir.
Sənədli film üzərində 5 ilə yaxın çalışmış A.Brokas qeyd etmişdir
ki, o, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən
yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə
fəaliyyət göstərmişdir. O, postsovet respublikası olan Litva
vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd etmişdir
ki, azadlıq və müstəqilliyə gedən yol bütün keçmiş Sovet
respublikalarında oxşar olub: "Müstəqillik insanların qanı bahasına
başa gəlib. Xocalı faciəsi günahsız insanların taleyinə amansız və
qəddarcasına qərar verilməsinə dair bariz nümunədir,"- deyə
A.Brokas vurğulamışdır.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında
ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və
hazırda Vaşinqtonda böyük tamaşaçı auditoriyasına malik olan "Camp
David" şou proqramının prodüseri Cerald Rafşun diqqətə çatdırmışdır
ki, beynəlxalq səylərə baxmayraq Dağlıq Qarabağ münaqişəsi
bugünədək həll olunmayıb. O, ümidvar olduğunu bildirmişdir ki, bu
film sayəsində beynəlxalq diqqət 20 ildən artıq münaqişə alovuna
bürünmüş bu regiona yönələcəkdir.
Filmdə litvalı jurnalist Riçard Lapaitis demişdir ki, o vaxtdan
bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı
faciəsini 20 ildən sonra müharibə müxbiri kimi nəql edir.
R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və
ermənilərin atəşi altında "Sonsuz dəhliz"də özünə nicat yolu
axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini
dinləyir.
Filmdə faciəni törədən erməni komandirlər də müharibənin strategiya
və səbəblərindən danışırlar. BMT və digər beynəlxalq qurumların
erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb
edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu bu günədək işğal
altında saxlamaqda davam edir.
Premyeradan sonra "Sonsuz dəhliz" sənədli filminin dünyanın aparıcı
televiziya kanalarında nümayişi planlaşdırılır.
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) kino, televiziya filmləri və video oyunları kimi incəsənət nümunələrinin ən yaxşılarını müəyyənləşdirib mükafatlandırması ilə məşğuldur. BAFTA kinonun təbliği və inkişafına dəstək verir.
Böyük Britaniyada film sənətini dəstəkləyən aparıcı xeyriyyəçi kimi tanınan BAFTA-nın fəlsəfəsinə görə, ən yaxşı yaradıcı iş yalnız auditoriya tərəfindən dəyərləndirilə və qiymətləndirilə bilər.
Aleksandr Brokas litvalı prodüser və rejisordur. Helsinki Tətbiqi Elmlər Metropolia Universitetinin beynəlxalq filmşünaslıq bölməsini və Litva Musiqi və Teatr Akademiyasını bitirmiş, postsovet regionunda qadın hüquqlarına dair film layihələrinin iştirakçısı olmuşdur. Rejisor Soros Fondu, Skandinaviya və Baltikyanı ölkələrin televiziya kanalları ilə uğurlu əməkdaşlığın ardınca diqqətini Qafqaza yönəltmişdir ki, buradakı layihəsinin kuliminasiya nöqtəsi də "Sonsuz dəhliz" sənədli filmidir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ