10 nəfər suda boğulub
Bizi izləyin

Qırmızı.az

10 nəfər suda boğulub

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mənsur Piriyev cari ildə baş verən boğulma hallarının statistikasını açıqlayıb .

Mənsur Piriyevin sözlərinə görə, bu il çimərlik ərazilərində boğulma hadisəsi baş verməyib. Ancaq qeyri-çimərlik ərazilərində baş verən boğulmalar valideynlərin məsuliyyətsizliyi, sərxoş vəziyyətdə çimmək səbəbindən baş verib.

“Cari ildə DSXX tərəfindən boğulma təhlükəsi olan 55 nəfərin həyatı xilas edilib. 28 nəfər çimərlik sahələrində, 27-si isə digər ərazilərdə xilas olunub. Digər ərazilər dedikdə, kanallar, su hövzələri, göllər və qeyri-çimərlik əraziləri nəzərdə tutulur. Bu il qeyri-çimərlik ərazilərində 10 nəfər həyatını itirib. Hadisə ilə bağlı xilasedici qrup tərəfindən axtarış işləri aparılıb və çıxarılan 10 cəsəd hüquq-mühafizə orqanlarına təhvil verilib."

O, vətəndaşlara müraciət edərək boğulma təhlükəsi ilə bağlı dərhal 112 nömrəsinə müraciət etmələrini tövsiyə edir.

Pərvin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm