Havada təyyarəni su basdı
Bizi izləyin

Qırmızı.az

Havada təyyarəni su basdı

Avstraliya hava yolları şirkətindən birinə məxsus təyyarədə həyəcanlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Los Anceles şəhərindən Avstraliyanın Melburn şəhərinə uçan təyyarə 1 saat havada qaldıqdan sonra məcburi eniş etməli olub.

Belə ki, təyyarə havada ikən birdən tavanından su sızmağa başlayıb. Nəticədə, sərnişinlərdən bəzilərinin oturacaqları islanıb, koridorun bir hissəsini isə su basıb. Bu da sərnişinlər arasında təşviş yaradıb.

Bir saat havada qalan təyyarə Los Ancelesə geri qayıtmalı olub.

Hava yolu şirkətindən verilən açıqlamada, su sızmasının sərnişinlər üçün təhlükə yaratmadığı və su borusunda meydana gələn partlama nəticəsində baş verdiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm