Qırmızı.az
Pələng sərxoş adamdan qorxdu - Video
nsanların pələngdən qorxması normal bir haldır. Ancaq Kiyev
zooparkında olan bu pələngi o vəziyyətə çatdırıblar ki, o,qorxudan
şoka düşüb. Səbəb isə içkili vəziyyətdə olan bir kişinin çəpəri
aşaraq, xəlvətcə 6 yaşlı Malış adlı pələngə yaxınlaşması olub.
Bu zaman pələng caynağları ilə kişinin üzərinə atılıb. Sərxoş isə
üzərində gəzdirdiyi silahdan havaya atəş açıb. Həmin kişi sonradan
polis tərəfindən saxlanılıb və tibbi müayinə üçün yerli xəstəxanaya
aparılıb.
Zoopark işçisinin sözlərinə görə, insidentdən sonra pələngin bir
neçə saat tərpənmədən dayanıb. Özünə gəldikdən sonra isə daima
təşviş keçirir.
Deyilənə görə, yırtıcı heyvanın qəfəsinə daxil olmuş həmin kişi
bundan əvvəl də oxşar hərəkəti etməyə cəhd etsə də qarşısı alınıb.
Bu hərəkətini 'pələngləri çox sevməsi ilə əsaslandırır. Onun bəxti
onda gətirib ki, "Malışın" qəfəsinə düşüb, çünki Malış yaşlı olsa
da, insanlara dostcasına rəftar edib. Əks halda qəfəsə hücum faciə
ilə nəticələnə bilərdi.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ