Qırmızı.az
DİN-nin Bakıda qəsdən QİÇS yayanlarla bağlı açıqlama – Rəsmi Açıqlaması
“Bütün bu deyilənlər təxribatdan başqa bir şey deyil”.
Bu sözləri Bakıda qəsdən QİÇS virusu yayanlarla bağlı “Axar.az”a danışarkən DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi. “Bu hadisə ilə bağlı Polis və Hüquq Mühafizə orqanlarına heç bir müraciət daxil olmayıb və heç bir zərərçəkmiş vətəndaş müraciəti yoxdur”.
Xatırladaq ki, bu günlərdə feysbuk sosial şəbəkəsində kifayət qədər qorxu doğuracaq bir informasiya insanlar arasında sürətlə paylaşılır. Yayılan xəbərdə deyilir: “Bakıda QİÇS virusunun daşıyıcısı olan bəzi manyaklar peyda olub ki, onlar sağlam insanları həmin xəstəliyə yoluxdurmaq məqsədilə öz şprislərini onlara batırır. Bu günlərdə QİÇS xəstəsi olduğu ehtimal edilən biri öz şprisini avtobusda bir qızın qoluna batırıb və dərhal qaçıb. Məlumatda yer alan başqa hadisə, deyilənə görə, “28 MALL” ticarət mərkəzinin kino zalında baş verib. Yazıda o da qeyd olunur ki, artıq bu yolla adı çəkilən virusa artıq 2 nəfər yoluxdurulub”.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır