“Məndən Moskvada da xəbər yayıla bilər” - Rüşvət almaqda ittiham olunan direktor DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Məndən Moskvada da xəbər yayıla bilər” - Rüşvət almaqda ittiham olunan direktor DANIŞDI

Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin rüşvət almaqda ittiham olunan direktoru İslam Hüseynov bir qrup müəllimin onun barəsində etdiyi şikayətə maraqlı formada cavab verib.

Direktor İ.Hüseynov Publika.az-a açıqlamasında suala sualla cavab verib:

“Nətərdi ala, salamatçılıqdı? Nə münasibət bildirməliyəm? Hər kəsin öz işi var, hər kəs öz işi ilə məşğul olur”.

Daha sonra İ.Hüseynov deyib ki, müəllimdən heç kim kart ala bilməz: “Mən heç kəsdən kart almamışam. Mənimlə bağlı təkcə Bakıda deyil, Moskvada da xəbər yayıla bilər”.

Xatırladaq ki, Salyan rayonu, Qarabala Mayılov adına Kürsəngi kənd orta məktəbinin direktoru İslam Hüseynov müəllimlərin maaş kartını əllərindən alaraq özündə saxlaması barədə bir qrup müəllim tərəfindən Publika.az-a şikayət daxil olub.

Məlumata görə, sözügedən məktəbin bir qrup müəllimi sadalanan faktlarla əlaqədar təhsil naziri Mikayıl Cabbarova direktordan şikayət etməyə hazırlaşır.

Müəllimlər deyir ki, direktor İ.Hüseynov onların maaş kartlarını özündə saxlayır və hər ay kartdan özü üçün pul çıxarır:

“Biz maaşımızı kartdan özümüz çıxara bilmirik. Maaş kartımızı direktor özündə saxlayır və pulu da bizə o çıxarıb verir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm