Milli “hörümçək adam” – göyün bir qatında suvaq vuran Əhməd kişi
Bizi izləyin

Qırmızı.az

Milli “hörümçək adam” – göyün bir qatında suvaq vuran Əhməd kişi

Paytaxtda sovet vaxtından qalma “Leninqrad” və “xruşşovka” tipli köhnə binaların eyvanlarını təmir edən Əhməd kişi deyir ki, əvvəllər hündürlükdən qorxurmuş. Zamanla öyrəşib.

Əvvəllər məktəblərin birində əmək müəlllimi olub. Ancaq dolanışıq çətinləşdiyindən keçib şəxsi evlərin təmirinə.

Bax beləcə, fotodan da gördüyünüz kimi heç bir təhlükəsizlik qaydalarına əməl etmədən 9-cu mərtəbədəki eyvanı təmir edir. Kərpici düzüb, indi də suvaq vurur.

Hündürlükdən qorxusu da yoxdur. Hollivud görsəydi, “Hörümçək adam” filminin V hissəsinə elə Əhməd kişini dəvət edərdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm