Avtomobilin nömrə nişanı itdikdə nə etməli?
Bizi izləyin

Qırmızı.az

Avtomobilin nömrə nişanı itdikdə nə etməli?

Avtomobilimin nömrə nişanından biri düşüb itib. Harada düşdüyünü bilmirəm. Bu gün səhər avtomobili park edərkən gördüm ki, qarşıdakı nömrəsi yoxdur. İndi nə etməliyəm? Avtomobili bu cür idarə etsəm, cərimələnə bilərəm?

Bu barədə Publika.az-a paytaxt sakini müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a açıqlamasında avtomobilin dövlət nömrə nişanının itirilməsinə görə, cərimə tətbiq edilmədiyini bildirib.

Onun sözlərinə görə, nömrə nişanı itmiş avtomobilin sahibi əvvəlcə yol polisinə müraciət etməlidir. Bu zaman avtomobilin texniki qeydiyyat şəhadətnaməsi dəyişir. Dövlət qeydiyyat nişanına görə, yenidən rüsum, baxış haqqı ödəməli olur:

“Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq, onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə BDYPİ-ə müraciət edib, ərizə yazıb yeni qeydiyyat nişanı almaq lazımdır. Bu zaman yeni ayrı nömrə veriləcək. Qeydiyyat nişanının dövlət rüsumu 22 manatdır.

K.Əliyev bildirib ki, dövlət qeydiyyatı nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. İdarə edildiyi halda, həmin şəxsin əməlində inzibati xəta yaranır və inzibati məsuliyyətə cəlb olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm