Metroda hadisə: sağ qalmağın yolları
Bizi izləyin

Qırmızı.az

Metroda hadisə: sağ qalmağın yolları

Metroda hadisə baş verərsə, sağ qalmağın yolları

Ötən gün Moskva metrosunda üç vaqon relsdən çıxdı. Hadisə nəticəsində 19 nəfər öldü, 160 nəfər yaralandı. Yaralananların 123 nəfəri xəstəxanaya yerləşdirildi.

Belə bir məqamda metroda fövqəladə hal baş verərkən davranış qaydalarını gündəmə gətirdi. Bakıda da böyük bir metro şəbəkəsi var. Baş verə biləcək fövqəladə hadisələr zamanı vətəndaşlarımızın sağlamlıqlarını qorumaqları üçün bəzi davranış qaydalarını bilmələri lazımdır.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, metrodakı əsas təhlükəsizlik qaydaları avtobus, trolleybus və təyyarədə olduğu kimidir.

Metro vaqonunda oturaraq hərəkət etmək daha yaxşıdır. Belə olan halda toqquşma və ya ani əyləc zamanı ciddi xəsarət almaq təhlükəsi azalır.

Salonu diqqətlə nəzərdən keçirmək lazımdır ki, şübhəli şəxslərin simasını, predmetlərini yadda saxlaya biləsiniz, yanğınsöndürən vasitələrin və qəza çıxışlarının yerini görəsiniz. Metro vaqonunun terrorçular tərəfindən ələ keçirilməsi zamanı passiv müqavimət taktikasını seçmək və risk etməmək tövsiyə olunur. Diqqəti özünüzə cəlb etməməyə çalışın. Təxribatçı davranışlara reaksiya verməyin.

Vaqonun ələ keçirilməsi zamanı terrorçular tərəfindən tərəfindən verilən bütün göstərişlərinə əməl edin. Özünüzdə müəyyən edin ki, onların hansı daha təhlükəlidir. Atışma baş verəcəyi təqdirdə təsadüfi güllədən yayınmaq üçün yer seçin özünüzə. Yanınızda uşaq varsa, onun yanında olun. Uşaq üçün daha rahat və təhlükəsiz yer seçməyə çalışın.

Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı zamanı, sadəcə, yerə uzanmaq tövsiyə olunur. Ani hərəkətlər etməyin. Qalibiyyətə əmin olsanız belə, terrorçuya qarşı müqavimət göstərməyin. İçəridə onun tərəfdaşı olar və həmin şəxs partlayış törədə bilər. Çantanı açıb nəsə götürməzdən öncə icazə alın. Atışma baş verərsə, sadəcə yerə uzanın və heç yerə qaçmayın.

Terrorçuların zərərsizləşdirilməsi əməliyyatını həyata keçirənlərin əmrlərinə tabe olun və əlavə suallar verməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm