Rusiyada azərbaycanlılar qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Rusiyada azərbaycanlılar qəzaya düşdü

Rusiyanın Stavropol şəhərində azərbaycanlılar qəzaya uğrayıblar. ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Georgiyevsk rayonunda baş verib. İçərisində azərbaycanlılar olan “Mercedes” markalı mikroavtobus “VAZ-2113” markalı minik maşını ilə toqquşub.


Qəza nəticəsində minik maşının sürücüsü ölüb, mikroavtobusda olan 8 sərnişin isə xəsarət alıb. Xəsarət alanların hamısı azərbaycanlıdır. Onlar xəstəxanaya yerləşdirilib.


İlkin ehtimala görə, mikroavtobus ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən qarşıdan gələn minik maşını ilə toqquşub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm