Qırmızı.az
Aeroport yolunda piyada öldü
Gecə Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aeroport yolunda qeydə alınan qəza zamanı
hələlik şəxsiyyəti naməlum olan təxminən 25-27 yaşlı bir nəfər yolu
keçmək istəyərkən sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil
tərəfindən vurulub. Qəza piyada keçidinin düz yanında baş verib.
Həyatından olan gənc piyada keçidindən istifadə etmək əvəzinə cəld
yolu keçmək istəyib və bu zaman sürətlə gələn maşın tərəfindən
vurulub.
Qəza nəticəsində piyada hadisə yerindəcə keçinib.
Əraziyə Suraxanı rayon polis idarəsinin əməkdaşları gəliblər. Meyit
şəxsiyyətinin müəyyən edilməsi üçün morqa
aparılıb.
Piyadanı vuran “Mercedes”in sürücüsü polis
tərəfindən saxlanılaraq ifadəsinin alınması üçün idarəyə
aparılıb.
Gecə ərzində dəfələrlə Suraxanı rayon polis
idarəsi ilə əlaqə saxlamaq cəhdlərinə baxmayaraq idarənin növbətçi
hissəsindən nə qəzan törədən sürücünün, nə də ki, dünyasını dəyişən
piyadanın şəxsiyyəti ilə bağlı bir məlumat
vermədilər.
Faktla bağlı Suraxanı rayon polis idarəsində
başlanan araşdırmalar isə davam etdirilir.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO