“Sən get, öz arvadına sahib çıx...” - Dəhşətli cinayət
Bizi izləyin

Qırmızı.az

“Sən get, öz arvadına sahib çıx...” - Dəhşətli cinayət

Ötən il iyulun 11-də Yevlax şəhər sakini, 1986-cı il təvəllüdlü Məmməd Musayev bacısını öldürüb. Teleqraf.com xəbər verir ki, Məmməd Musayev həmin gün saat 15.00-da ərindən boşanaraq azyaşlı qızı Aylinlə birlikdə ata evində yaşayan bacısı Elnarənin mobil telefonla gizli danışdığını görüb. O, bacısından kiminlə danışdığını soruşub. Elnarə isə qardaşının suallarına cavab verməyib. Buna görə də Məmməd bacısından şübhələnib və onunla təklikdə bu barədə söhbət etmək qərarına gəlib. O, bacısı ilə açıq söhbətə şərait yaratmaq üçün həmin vaxt evdə olan anası Nərminəyə pul verərək nəvəsi Aylinlə birlikdə aptekdən dərman almağa göndərib.

“Nə edirəm yaxşı edirəm”

Evdə ikilikdə qaldıqda Məmməd bacısından məsələni açıqlamasını istəyib. Söhbət zamanı Elnarə “nə edirəmsə yaxşı edirəm, sən mənim işimə qarışma” deyib. Məmməd bu cavabıbacısının başqası ilə gəzməsi kimi qəbul edib və buna görə də onu öldürmək qərarına gəlib. O, evdə saxladığı bıçaqla Elnarəyə çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məmməd Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Bacımın oğlanlarla danışdığından şübhələndim”

Məhkəmədə ifadə verən Məmməd Musayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, 2012-ci ilin noyabr ayında Moskva şəhərindən yaşadığı Yevlax şəhərinə gəlib: “Həmin vaxt bacım Elnarənin oğlanlarla telefonla danışdığından şübhələndim. Ona “eşitdiyimə görə əxlaqsızlıqla məşğul olursan, məni biabır edirsən” dedim. Elnarə “sən yalan deyirsən, mən heç kimlə danışmıram və heç kimlə də görüşmürəm, sən get öz arvadına sahib dur”, deyə cavab verdi”.

“Bacımın yataq otağına keçdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin fevral ayında Moskvaya gedib, iyulun 10-da geri qayıdıb: “Ertəsi gün şəhərdə bir qədər dolaşdım və saat 15 radələrində evə qayıtdım. Həmin vaxt anam, bacım və bacımın azyaşlı qızı Aylin evdə idi. Bacımın telefonda kiminləsə danışdığını gördüm. Onunla söhbət etmək üçün anam Nərminəyə “get aptekdən mənə ürək dərmanı al və Aylini də özünlə aparıb ona da oynamaq üçün top al” dedim. Anam Aylinlə evdən çıxdı. Bacımla söhbət etmək üçün evin yataq otağına keçdim”.

Məmməd Musayev bildirib ki, Elnarədən telefonla kiminlə danışdığını soruşub və ondan telefonunu istəyib: “Elnarə telefonu vermədi, “yaxşı edirəm, sən mənim işimə qarışma, məni yığmısan boğaza, subay qadınam, pozğunluq edirəm özüm üçün, sənə nə, sən get öz arvadına sahib çıx”deyə təkrar mənə eyni cavabı verdi. Bacımın sözləri mənə çox pis təsir etdi. Ona bir sillə vurdum. Bundan sonra Elnarə yataq otağında olan güzgülü siyirmənin üstünə qoyduğu cib bıçağını götürdü. Bacım bıçaqla özünə də, mənə də xəsarət yetirəcəyi ilə hədələdi. Bıçağı ondan aldım. Həmin vaxt əsəbi olmuşan.

Bacımın əxlaqsız davranışından qısqandığım üçün bıçaqla onun bədənin müxtəlif nahiyələrinə vurdum. Qısa müddət ərzində bir neçə dəfə vurdum ki, tez ölsün, əziyyət çəkməsin. Özümü itirdiyimdən neçə dəfə və hansı nahiyələrinə vurduğumu xatırlamıram. Bundan sonra ağlaya-ağlaya Yevlax rayon polis şöbəsinə getdim. Bıçağı növbətçi hissəyə təhvil verdim”.

Ana qızını öldürən oğluna güzəşt istədi

Təqsirləndirilən şəxsin və mərhumun anası Nərminə Nuriyeva cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edib: “İyulun 10-da Məmməd Rusiyadan Yevlaxa gəldi. Bizimlə görüşdükdən sonra övladı və qohumları ilə görüşmək məqsədilə evdən çıxdı. Ertəsi gün saat təxminən 11 radələrində Məmməd yuxudan oyandıqdan sonra şəhərə getdi, günorta ı Məmməd evə qayıtdı, mənə “özümü pis hiss edirəm, get mənə ürək dərmanı al” dedi. Elnarənin 5 yaşlı qızı Aylin də mənimlə birlikdə getdi. Elnarə və Məmməd evdə tək qaldılar.

Aylinlə birlikdə əvvəlcə aptekə getdik, oradan da mağazaya girdik. Ona oyuncaq aldıqdan sonra evə qayıtdıq. İçəri girəndə Elnarəni divanın yanında yerdə uzanıqlı vəziyyətdə, üst-başı qana bulaşmışdı. Mən tələsik küçəyə qaçdım, bu zaman polislər gəldi. Onlar Məmmədin könüllü olaraq polisətəslim olduğunu söylədilər. Elnarə yeganə qızım, Məmməd də yeganə oğlumdur. Qızımı itirmişəm, indi oğlunu da itirmək istəmirəm. Oğluma güzəşt olunmasını xahiş edirəm”.

Apelyasiya şikayəti təmin olundu

Məhkəmənin hökmü ilə Məmməd Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Məmməd Musayevin vəkili Fərhad Məmmədov apelyasiya şikayəti verib. O, Məmməd Musayevə daha yüngül cəza verilməsini istəyib. Hökmdən zərərçəkmiş Nərminə Nuriyeva da apelyasiya şikayəti verib. Ana ailəsində baş verən faciəni unutmadığını, belə faciə nəticəsində yeganə qızını itirdiyini deyib. O, oğlunun uzun müddətli həbsxana həyatı yaşamasına razı olmadığını bildirib, oğluna daha yüngül cəzanın verilməsini xahiş edib.

Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun sədrliyi ilə keçən prosesdə qərar elan olunub. Qərara görə, tərəflərin şikayəti qismən təmin olunub, Məmməd Musayevin barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. O, cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm