Qırmızı.az
Maştağa yolunda ağır qəza
Gecə Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş
verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə
alınıb. Qəza zamanı üzü Maştağa qəsəbəsinə gedən istiqamətdə 28
yaşlı sürücü Hilalov Faiq Rəfael oğlu idarə etdiyi “Azsamand”
markalı avtomaşını ağaca çırpıb.
Hadisə nəticəsində sürücü Faiq Hilalov və onun yanında olan bir
nəfər sərnişin 29 yaşlı Asim Quliyev ağır bədən xəsarətləri
alıblar. Hər iki yaralı deformasiyaya uğrayan avtomaşından FHN-nin
xilasediciləri tərəfindən çırarılıb.
Xəstəanaya aparılan zaman isə sürücü Faiq Hilalov yolda dünyasını
dəyişib. Digər yaralının həyatı xilas edilsə də vəziyyəti ağır
olaraq qalır.
Qəzadan sonra hadisə yerində Xəzər rayon polis idarəsinin
əməkdaşları tərəfindən araşdırma başlanılıb. İlkin ehtimala görə
qəza sürücünün döngəli yolda avtomobili yüksək sürətlə idarəetməsi
səbəbindən baş verib. Daha dəqiq səbəblərə isə istintaqın sonunda
aydınlıq gətiriləcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ