Qırmızı.az
600-dən çox bal toplayanlara xəbərdarlıq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil
müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin
öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və
rəğbətləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata
keçirəcək.
ANS PRESS-in TQDK-nın mətbuat xidmətindən aldığı məlumata görə,
“Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr
ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər verilən
linkdən (http://www.abiturient.az/ANKET_600_2014.pdf) anket-sorğunu
yükləyib doldurmalı və onu 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli
çəkilmiş rəngli fotoşəkillə birlikdə avqustun 31-dək TQDK-ya və ya
Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi,
Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə
təqdim etməlidirlər. Anket və şəkli “Abituriyent” jurnalının
elektron ünvanına da göndərmək olar.
Anket-sorğusu həmçinin “Abituriyent” jurnalının 7-ci sayında da
təqdim olunub.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."