• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ana ilə qız intiharının səbəbi bilindi – TƏFƏRRÜATLAR

Ana ilə qız intiharının səbəbi bilindi – TƏFƏRRÜATLAR

Səhər saatlarında Yeni Yasamal 2, mənzil 10 ünvanında baş vermiş intiharın səbəbləri məlum olub. Publika.az-ın xəbərinə görə, hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar edən 46 yaşlı Kifayət Abbasova və onun 17 yaşlı qızı Yeganə Fərzəliyevanın belə bir addım atmasına səbəb evin 14 yaşlı qızının başqası ilə qaçması olub.

Məlum olub ki, bir neçə gün bundan öncə 14 yaşlı qız sevdiyi oğlanla evdən qaçıb.

Ailə başçısı Asəf Fərzəliyev Publika.az-a bildirib ki, o, 9 avqust 2014-cü il tarixdə qızının itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə ərizə ilə müraciət edib. Lakin dünən günorta saatlarında qohumlarından və tanışlarından qızının oğlanla qaçdığını öyrənib.

Bundan narahat olan 14 yaşlı qızın anası Kifayət Abbasova qohum-qonşu içinə çıxa bilməyəcəyini deyərək, bu biabirçılığa özünü öldürməklə son qoyacağını deyib.

Ailəsinin qatilinin məhz balaca qızının olduğunu deyən A.Fərzəliyev qızını heç vaxt bağışlamayacağını bildirdi.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR