Qırmızı.az
İnanılmaz tarixi qarət
Çilin tarixində ən ağılasığmaz və böyük qarət hadisələrindən
biri baş verib.
ANS PRESS-in məlumatına görə, silahlı dəstə Santiyaq beynəlxalq
hava limanında inkassator maşınından 10 milyon dollar
oğurlayıb.
8 qarətçinin silahlı hücumuna məruz qalmış maşında təyyarəyə
yüklənəsi külli miqdarda pul daşınıb. Oğrular hava limanına səhər
saatlarında yük terminalından xəlvətcə daxil olub. Külli miqdarda
nağd pulu almaq üçün inkassasiya işçilərini silahla hədələyib.
Hər şeyi peşəkarcasına planlaşdırmış qarətçilər mikroavtobusla
aradan çıxan anda, arxalarınca gələn maşınların təkərləri partlasın
deyə, yolun ortasına dəmir biz buraxıb. Qarətçilər sonradan
mikroavtobusu yaxınlıqdakı açıq sahədə buraxaraq, 10 milyon
dollardan çox nağd pulla aradan çıxıb.
Çili polisi hadisə yerində araşdırmalar aparır, qarətçilərin
kimliyi hələ müəyyənləşdirilməyib.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır