Qırmızı.az
Nazirlik hərbi hazırlıq müəllimlərini attestasiyadan keçirəcək
“Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən
müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Eləcə də
ehtiyatda olan zabitlərin bu fənnin tədrisinə cəlb olunması
məsələsi müzakirə edilir”.
Bunu Modern.az saytının sorğusuna cavab olaraq
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən verilən məlumatda o da bildirilib ki, sözügedən fənni tədris etmək üçün geniş tədbirlər həyata keçirilir:
“Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində “Gənclərin
çağırışaqədərki hazırlığı” fənninin tədrisinin təkmilləşdirilməsi,
şagirdlərə hərbi-vətənpərvərlik hisslərinin aşılanması, hərbi-idman
oyunlarının kütləviliyinin artırılması üçün geniş tədbirlər həyata
keçirir”.
Nazirlikdən verilən cavabda həmçinin gənclərin hərbi hissələrə
səfərinin təşkil olunduğu da qeyd edilib:
“Məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək
üçün onların hərbi hissələrə səfərləri təşkil edilir. Hərbi
hissələrdə müasir silahlar və hərbi texnikalar, onların istifadə
qaydaları barədə məktəblilərə məlumat verilir, əsgər və zabitlərin
müxtəlif hava şəraiti üçün nəzərdə tutulmuş xüsusi geyimləri
nümayiş etdirilir. Həmçinin, əsgərlərin andiçmə mərasimləri, xüsusi
təyinatlıların nümunəvi çıxışları və şəxsi heyətlə birgə nahar
süfrəsi məktəblilər tərəfindən böyük maraqla qarşılanır”.
Bu il də yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili, şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi layihə əsasında Quba rayonunda “Şahinlər” hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib. 2014-cü ildə də bütün bu tədbirlər davam etdiriləcək:
“Artıq 9-cu ildir ki, davam edən bu lahiyə çərçivəsində
məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi
dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə
tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir
və hərbi hissələrə səfərlər edirlər. Bütün rayon və şəhərlərində
fəaliyyət göstərən əsas və orta ümumi təhsil məktəblərinin
şagirdləri arasında ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd”
hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin,
“Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc
xilasedici” beynəlxalq turniri, “Fövqəladə hallar uşaqların gözü
ilə” mövzusunda yaradıcılıq müsabiqəsi gələcəyimiz olan gənclərin
fövqəladə hallara hər cəhətdən hazırlıqlı olmasına xidmət
edir”.
Nazirlik bildirib ki, yeniyetmələrin hərbi vətənpərvərlik
tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə bir
tədbir bu ay Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil
olunacaq.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə hərbi xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Həmçinin, gənclərin çağırışaqədərki hazırlığının müasir tələblər səviyyəsində təşkili, gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin keçirilməsinə hərtərəfli dəstək verilir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ