Qırmızı.az
Atılmış uşaqların qeydiyyatı proseduru dəyişdirilib
Azərbaycanda hər iki valideynin imtina etdiyi uşaqların qeydiyyata alınması ilə bağlı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na müəyyən dəyişikliklər edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə birlikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməlidir.
Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməlidir. Polis orqanı eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 iş günü müddətində komissiyaya məlumat verməlidir.
Müvafiq məlumat daxil olduqdan sonra komissiya doğumun dövlət qeydiyyatına alınması üçün 5 iş günü müddətində uşağın tapılması haqqında sənədi, yaşı və cinsi barədə tibbi arayışı, habelə ona veriləcək ad, ata adı və soyad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu