Qırmızı.az
Hafkaya cinayət işi açıldı?
“İş adamı Hafiz Məmmədov barəsində cinayət işi açılıb. Məşhur biznesmen korrupsiya və dələduzluqda ittiham olunur”.
Axar.az-ın əldə etdiyi məlumatda o da bildirilir ki, uzun zamandır iş adamının fəaliyyəti araşdırılır. Bu araşdırma gizli saxlanılsa da, ciddi faktların ortaya çıxdığı və buna görə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin radikal addım atdığı iddia olunur.
İddiada həmçinin Hafiz Məmmədova aid olan bütün biznes obyektlərində yoxlamalar aparıldığı və işçilərin şifahi şəkildə dindirildiyi qeyd olunur. “İş adamına aid “Bakı” Futbol Klubunun futbolçuları Əfran İsmayılov və Elvin Əliyevin klub prezidentləri Hafiz Məmmədova məxsus “Bank of Azerbaijan”da depozit kimi qoyduqları 750 min ABŞ dolları əmanətin bankda yoxa çıxması da araşdırılan məsələlər arasındadır”.
Onu da deyək ki, adı çəkilən futbolçulardan Əfran İsmayılov faktı təsdiq edərək, 400 min ABŞ dolları dəyərində pulunun bankda yoxa çıxmasının Hafiz Məmmədovun düşdüyü çətin durumla əlaqəli olduğunu deyib:
“Doğrudur, belə bir şey var. Biz pulumuzu bankdan götürə bilmirik. Öz adımdan danışsam, daha yaxşı olar. Banka müraciət etmişəm. Bilirik ki, Hafiz Məmmədovun maliyyə məsələləri ilə bağlı problemləri var. Bu problem bankdan da yan keçməyib. Gözləməyi məsləhət görüblər. İstənilən halda pulumu alacağam”.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Axar.az-a danışaraq, qeyd edilən məsələ ilə bağlı onlarda heç bir məlumatın olmadığını bildirdi.
Məsələni gündəmdə saxlayacağıq.
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...