İtkin gəlin toydan qaçmağının səbəblərini açıqladı - VİDEO
Bizi izləyin

Qırmızı.az

İtkin gəlin toydan qaçmağının səbəblərini açıqladı - VİDEO

Bir neçə gün öncə Lənkəran rayonunun Havzava kəndində baş tutan qəribə toy haqda məlumat vermişdik. Bu toyun qəribəliyi onda idi ki, toyuna iki gün qalmış 18 yaşlı gənc qız qəfil yoxa çıxmışdı. Bu xoşagəlməz məqama baxmayaraq, toy baş tutmuşdu. Artıq itkin düşmüş gəlin də tapılıb.

ANS TV xəbər verir ki, Lənkəran rayonundan ağlayaraq qızını axtaran atanı xatırlayarsınız. Bu gün həmin atanın "Günəşim" deyib axtardığı qızını tapmışıq. Üç gün əvvəl 18 yaşı olan Günəş Mənsimzadə isə itən gündən yolunu Bakıdan salıbmış. Toyundan iki gün əvvəl Lənkərandan baş götürüb qaçan gəlinin açıqlamaları üzərində dayanaq. Günəş bu qaçışının səbəblərini valideynlərindən tam fərqli izah edir.


Günəş Mənsimzadənin sözlərinə görə, atası onu zorla ərə verdi, o istəmirmiş, ağlayıb, amma fikir vermədilər.


Günəş iddia edir ki, 15 yaşında nişanlandığı Nazim Həsənov onu mütəmadi olaraq fiziki zorakılığa məruz qoyub. Maraqlısı odur ki, qızın sözlərinə görə, anası bundan xəbərdar olub. Lakin o, qızının taleyilə bağı heç bir tədbir görməyib.


Günəş Mənsimzadə deyir ki, məni döydüyünü anam bilirdi. Deyirdi, demə heç kimə, kənddə başıma qaxarlar.


Evdən qaçdığı günü isə Günəş belə xatırlayır.


Günəş Mənsimzadə qeyd edir ki, günün birində Nazim Həsənov adlı birisi mənə elçi gəldi: “Ailəm məni ona vermək istədi ağladım. Dedim ki, mən oxumaq istəyirəm, ərə getmək istəmirəm. Amma ailəm mənim dediyimə məhəl qoymadı. Bir il sonra nişan oldu. Oğlan məndən 10 yaş yarım böyükdür. Bizim dünyagörüşümüz tamamilə fərqlənirdi. Onun istəkləri tamam başqa, mənim istəklərim isə tamamən başqa idi. İlk gündən Nazim Həsənovla mübahisələrimiz başladı. O, məndən elə şeylər istəyirdi ki, mən isə onu istəmirdim”.


Bu müddət ərzində isə Günəş Mənsimzadə Elyana Hüseynovanın evində qalıb. Elyana xanım deyir ki, Günəşin evdən qaçdığından xəbərsiz olub.


Bundan sonra Günəşi də götürüb Uşaq Krizis Mərkəzinə yollandıq. Mərkəzin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, burda zorakılıq faktı, erkən nikah və intihar məqamları olduğu üçün məsələ artıq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyi tərəfindən araşdırılacaq.


Bizimlə söhbətində ailəsinə heç cür qayıtmaq istəməyən Günəş, bu müddət ərzində sığınacaqda yerləşdiriləcək.

Kanal Baku-ya istinadən həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm