“Jurnalist” dələduzluq etdiyinə görə həbs olundu
Bizi izləyin

Qırmızı.az

“Jurnalist” dələduzluq etdiyinə görə həbs olundu

Özünü “jurnalist” kimi təqdim edib sakinlərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Biləsuvar Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, 47 yaşlı Fikrət Abbaszadə Biləsuvar rayon sakini Ceyran İslamovanın pozulmuş hüquqlarını bərpa etmək adı ilə onun 160 manat pulunu mənimsəyib. F.Abbaszadənin əməlləri bununla da bitməyib. O, özünü jurnalist və insan hüquqlarının müdafiəçisi kimi təqdim edərək Biləsuvar, Saatlı rayonlarında vətəndaşları aldadaraq onları işə düzəldəcəyinə, pozulmuş hüquqlarını bərpa edəcəyinə və boşanmış ailələrə hüquqi yardım göstərəcəyinə söz verib və külli miqdarda pul alıb.

Polisdən bildirilib ki, saxlanılarkən onun üzərindən “Tolerant Azərbaycan” qəzetinin və İnsan Hüquqları Müdafiə Mərkəzinin vəsiqələri aşkarlanıb.

Qeyd edək ki, F. Abbaszadə əvvəllər də törətdiyi analoji cinayət əməlinə görə 4 il azadlıqdan məhrum edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm