Qırmızı.az
“Ümid Yeri” Uşaq Sığınacağının binası yenidən təmir olundu (R)
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC fəaliyyətinin ilk günlərindən gələcəyimiz olan uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata keçirib, habelə uşaqların rifahına sərmayə qoyub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır.
Azercell-in uşaqlara göstərdiyi qayğının ən böyük göstəricisi
“Ümid Yeri” Uşaq Sığınacağına dəstəyidir. Şirkət 1997-ci ildən
etibarən bu sığınacaqda məskunlaşan uşaqalara diqqət və qayğısını
əsirgəmir. Məhz Azercell-in dəstəyi ilə ötən 17 ildə “Ümid yeri”
sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb. Bu
günərdə isə Azercell “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşan
uşaqalara daha bir sevinc bəxş edib. Belə ki, Binə qəsəbəsində
yerləşən buna Azercell tərərfindən əsaslı təmir olunub. Azercell
Şirkətinin nümayəndələri tərəfindən bu gün açılışı olan bina müasir
standartlara uyğun, uşaqaların zövqünü oxşayacaq formada təmir
edilib.
Məlumat üçün bildirək ki, Azercell-in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsəbiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” , Mobil Diş Klinikası, Uşaq Qaynar xətti, Mobil Göz Klinikası layihələrini misal göstərmək olar. Məlumat üçün bildirək ki, indiyə qədər Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 14 milyon manatdan artıq həcmdə vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz Azercell 2007-cı ildə “İlin Korporativ Sosial Məsuliyyətli” şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyü və görəcəyi işlər bununla bitmir. “Azərbaycanın qürur duyacağı şirkət” olmağı qarşısına məqsəd qoyan Azercell sosial layihələrinə “davam” deyir!
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."