Gəncədə də yas mərasimləri ilə bağlı yeni qaydalar olacaq
Bizi izləyin

Qırmızı.az

Gəncədə də yas mərasimləri ilə bağlı yeni qaydalar olacaq

Gəncə şəhərində yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Elmar Vəliyev şəhərin aktiv şəxsləri və dini icma nümayəndələri ilə görüşündə yas mərasimlərinin 3 gün keçirilməsini, ehsan olaraq isə ancaq çay süfrəsi açılmasının məqsədə müvafiq olduğunu bildirib.

O, həmçinin dəfn xərclərinin də ciddi nəzarətə götürülməsi ilə bağlı tapşırıqlar verib.

“2012-ci ildən etibarən Gəncə şəhərində yas mərasimləri 7 gün deyil 3 gün keçirilir. Yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması, həddindən artıq israfçılığa yol verilməsi yaxşı hal deyil. Din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində sadə ehsan süfrəsi açılmasını təmin etməlidirlər. Ehsan yalınız çay süfrəsindən ibarət olmalıdır”- deyə E.Vəliyev çıxışında qeyd edib.

Görüş zamanı iştirakçılar bu təklifi dəstəkləyiblər. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm