“ASAN xidmət”-in təlim sistemi beynəlxalq konfransda təqdim olundu
Bizi izləyin

Qırmızı.az

“ASAN xidmət”-in təlim sistemi beynəlxalq konfransda təqdim olundu

“ASAN xidmət”-in təlim sistemi beynəlxalq konfransda təqdim olunub. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 4-7 sentyabr tarixində Bolqarıstanda bu ölkənin Elmlər Akademiyasının, Elm və Təhsil Fondunun, Alimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil, araşdırma və inkişaf” adlı V Beynəlxalq Konfransda “ASAN xidmət”-in təlim sisteminin təqdimatı həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli-yinin Təlim sektorunun müdiri Nazənin Hüseynova konfransda “Səmərəli təlim sistemi Azərbaycanın idarəetmə brendi “ASAN xidmət”-in prinsiplərindən biridir” adlı məruzə ilə çıxış edib.

Konfransda dövlət başçısı İlham Əliyevin digər sahələrlə yanaşı kadr potensialının inkişafına verdiyi xüsusi önəm diqqətə çatdırılaraq, insan resurslarının formalaşdırılması üçün aparılan islahatlardan, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafın nəticəsində dövlət idarəetməsinin, idarəetmə münasibətlərinin, həmçinin, vətəndaşla vəzifəli şəxslər arasındakı münasibətlərin modernləşməsi sahəsində kompleks islahatlardan bəhs olunub.

Müvafiq olaraq dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində mühüm tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması xüsusi olaraq diqqətə çatdırılıb. Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin təlim sistemini xüsusi vurğulayan Nazənin Hüseynova bu sistemin mahiyyəti, strukturu, strategiyası və prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, müasir təlim standartlarına və infrastruktura malik olan, əhatəli, səmərəli, çevik və innovativ təlim sistemini yaratmaq, peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, yaradıcı düşüncəyə sahib kadr potensialını formalaşdırmaq “ASAN xidmət” modelinin təlim strategiyasının əsas məqsədidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm