Metroda terror
Bizi izləyin

Qırmızı.az

Metroda terror

Artıq terror aktı kimi qiymətləndirilən Çili paytaxtı Santyaqo metrosunda baş verən partlayışda yaralıların sayı ilk öncə 4-dən 10-na, daha sonra 14 nəfərə çatdığı bildirilir.

ANS PRESS-in məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır.

Son məlumata görə, partlayıcıya səsboğucu qoşularaq "Escuela Militar» stansiyasının qabağında kafenin zibil yeşiyinə yerləşdirilib.

Partlayış metroda çoxlu sayda insan olan vaxt baş verib.

Ölkə prezidenti Mişel Baçelet bütün tədbirləri təxirə salaraq, bu gün üçün təhlükəsizilik şurasının iclasını çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm