Başına buzlu su tökən öldü (FOTO)
Bizi izləyin

Qırmızı.az

Başına buzlu su tökən öldü (FOTO)

Bütün dünyada skleroza (ALS) diqqət çəkmək və bu xəstəlikdən əziyyət çəkənlərə maddi yardım etmək məqsədi ilə başlanan “Bir vedrə buzlu su” kampaniyası faciəyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, bir çox məşhurların da iştirak etdiyi ALS xəstəliyi üçün başladılan “Bir vedrə buzlu su” (Ice Bucket Challenge) kampaniyasının şərtlərinə uyğun olaraq, başından aşağı buzlu su tökən 48 yaşlı Steffen Klemm dünyasını dəyişib. Hadisə Almaniyanın Saksonya əyalətində baş verib.

Dostlarından biri tərəfindən aksiyaya dəvət edilən Steffen 4 vedrə buzlu suyu başından aşağı töküb. Bir neçə gün sonra isə onun iş yerində meyiti tapılıb. Ölüm səbəbini araşdıran ekspertlər müəyyən ediblər ki, onun beyin damarlarından biri partlayıb.

Berlində fəaliyyət göstərən nevroloji mütəxəssisi, professor Mattis Endres mərhum Steffenin beynində əvvəlcədən potensiyal problem olduğunu və buzlu suyun bunu şiddətləndirərək ölümə gətirib çıxardığını düşünür.

Qeyd edək ki, kampaniyaya qoşulan və başına bir vedrə buzlu su tökən şəxs 3 adamı bu hərəkəti təkrarlamağa dəvət edir. Həmin şəxslər başına bir vedrə buzlu su tökmədiyi təqdirdə, ALS xəstələri fonduna 100 dollar verməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm