Tikintidə 41 milyonluq dələduzluq
Bizi izləyin

Qırmızı.az

Tikintidə 41 milyonluq dələduzluq

Daha bir tikinti şirkəti ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Oba” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələrində, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) və maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm