375 uşağa məktəbli forması verilib
Bizi izləyin

Qırmızı.az

375 uşağa məktəbli forması verilib

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 375 uşağa məktəbli forması hədiyyə edilib. Bu da Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək diqqət və qayğı göstəricisidir.

Publika.az-ın məlumatına görə, bu fikirlər YAP Gəncə şəhər Təşkilatında yeni dərs ili ərəfəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məktəb direktorları ilə görüşdə səsləndirilib.

Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin direktoru akademik Fuad Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, şəhər ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, qarşıdan gələn “Bilik Günü” münasibəti ilə valideynləri və şagirdləri təbrik edib.

Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daim diqqət göstərdiyini bildirib.

Sonda məktəbli formaları ehtiyacı olan şagirdlərə paylanması üçün ümumtəhsil məktəblərinin rəhbərlərinə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm