Qırmızı.az
Prezident və xanımı 124 saylı məktəbdə
Sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir.
“Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat
əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
məktəbin açılışında iştirak etdilər.
Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən
qırmızı lenti kəsdi.
Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında
yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki
binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird
yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür
şərait yaradılıb.
Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və
müəllimləri təbrik etdi.
Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri
dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.
Sonda xatirə şəkli çəkdirildi.
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi