Nazirin qəbul vaxtı dəyişdi
Bizi izləyin

Qırmızı.az

Nazirin qəbul vaxtı dəyişdi

Təhsil naziri Mikayıl Cabbarovun 22 sentyabr 2014-cü il tarixində Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, nazir adıçəkilən rayonların sakinlərini sentyabrın 29-da saat 11:00-də qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 24, 25 və 26 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, 17, 18 və 19 sentyabr 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə 22 sentyabr 2014-cü il tarixinə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 29 sentyabr 2014-cü il tarixində qəbul ediləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm