Bakıda minik avtomobili ilə yük maşını toqquşdu, 3 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda minik avtomobili ilə yük maşını toqquşdu, 3 nəfər öldü

Bakıda minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər ölüb.

Fövqəladə hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini hadisə yerində dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm