• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MTN-çi QRU-nun Bakı əməliyyatından danışdı - Sensasiya

MTN-çi QRU-nun Bakı əməliyyatından danışdı - Sensasiya

“Bir neçə Azərbaycan firması da Səddama göndərilən yardım işinə cəlb olunmuşdu və bu məqsədlə həyata keçirilən biznes əməliyyatlarına Rusiya hərbi kəşfiyyatı (QRU) nəzarət edirdi”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib.

O, Qarabağ savaşı zamanı Moskvanın Bakını özündən xəbərsiz tranzit kimi istifadə etdiyini deyib:

“1992-ci ilin yayı idi. Azərbaycanda hakimiyyət yenicə dəyişmişdi və Qarabağda qızğın döyüşlər gedirdi. Azərbaycan Ordusu sürətlə irəliləyirdi. Yüzlərlə insan könüllü olaraq döyüşlərə qatılırdı, yavaş-yavaş ordu quruculuğu başlayırdı. Son yarım ilin məğlubiyyətlərini aradan qaldırmaq istiqamətində qətiyyətli addımlar atılırdı. Dünya da qarışmışdı. Fars körfəzində və Küveytdə NATO-nun on minlərlə əsgərdən, onlarla hərbi gəmidən, yüzlərlə təyyarə və tankdan ibarət silahlı qüvvələri toplaşmışdı. Səddam Hüseynin Küveyti işqalından sonra "Səhrada tufan" əməliyyatı keçirilmişdi və İraq qoşunları Küveytdən qovulduqdan sonra Səddam rejiminə əlavə sanksiyalar tətbiq edilmişdi. Səddamın müttəfiqi olan Rusiya isə ən müxtəlif vasitələrlə bu embarqonu pozmağa çalışır və həmin məqsədlə bir sıra hallarda yeni müstəqil dövlətlərin ərazisindən istifadə edirdi. O cümlədən, başı Qarabağ savaşına qarışmış Azərbaycanın. İraqa göstərilən dəstəyin formalarından biri isə yeni müstəqil dövlətlərdə yaradılmış firmalar vasitəsilə satışına beynəlxalq qadağa tətbiq edilmiş malların Səddam rejiminə çatdırılmasından ibarət idi. Bir neçə Azərbaycan firması da bu işlərə cəlb olunmuşdu və bu məqsədlə həyata keçirilən biznes əməliyyatlarına Rusiya hərbi kəşfiyyatı (QRU) nəzarət edirdi”.

Politoloq Azərbaycanın iki firmasının rəhbərinin sonralar Rusiya kəşfiyyatının yardımı ilə böyük vəzifələrə gətirildiyini bildirib:

“Beləliklə, Azərbaycanın 2 firması keçmiş Sovet Ordusunun Bakıdakı ehtiyatlarından hərbi təyinatlı metalı qaçaqmalçılıq yolu ilə Ukraynaya ötürür, sonra da mal Krımdakı limanlardan gəmilərlə alıcıya çatdırılırdı. 3-cü firma isə eyni əməliyyatı Xəzər dənizinin limanları vasitəsilə həyata keçirirdi. Rəsmi olaraq isə bu firmalardan biri xalça, digəri dəri geyimi alverilə məşğul olurdu, üçüncüsü isə yeni yaranmış banklardan birinin sifarişçi şirkəti kimi fəaliyyət göstərirdi. Cəmi bir ildən sonra iyun qiyamı nəticəsində Azərbaycanda siyasi hakimiyyət yenidən dəyişəcəkdi və bu 3 biznesmendən biri icra başçısı, digəri - komitə sədri olacaqdı. 3-cü isə bank biznesində xeyli irəli gedəcəkdi, amma sonra maliyyə fırıldaqlarına görə həbs ediləcəkdi. Bir qədər daha sonra o, zaminə götürülərək azad ediləcək və xaricə qaçacaqdı. Əlbəttə ki, Rusiyaya”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR