ASAN-a 3 000 000-cu müraciət
Bizi izləyin

Qırmızı.az

ASAN-a 3 000 000-cu müraciət

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə 3 000 000-cu müraciət daxil olub.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

“ASAN xidmət” mərkəzlərinə 1 000 000-cü müraciət 23 yanvar 2014-cü il tarixində, 2 000 000-cu müraciət 6 ay sonra 24 iyun 2014-cü il tarixində, növbəti 1 000 000-cu müraciət isə sonrakı 4 ay müddətində daxil olub.

Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 2-i isə Sumqayıt və Gəncə şəhərindədir.

Xatırladaq ki, ilk - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb.

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm