Cəlilabad rayon xəstəxanasından ittihamlara CAVAB
Bizi izləyin

Qırmızı.az

Cəlilabad rayon xəstəxanasından ittihamlara CAVAB

Canavar hücumuna məruz qalmış Cəlilabad rayonunun Buravar kənd sakini həkimlərin müdaxiləsindən narazılıq edib.

Dörd övladı canavarın hücumuna məruz qalmış Yusif Şahmarov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gedib.

O, Trend-ə bildirib ki, qızlarından biri hamilə olub və etiraz etsə də, ona analiz götürmədən vaksin vurublar. Y.Şahmarov onu da vurğulayıb ki, xəstəxanadan pul istəyiblər və vaksin çatışmadığını deyiblər.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Valeh Məmmədov isə Publika.az-a müsahibəsində bu fikirlərlə razılaşmayıb:

“İynəni ona görə vurduq ki, hamilə qadın quduzluqdan ölə bilər, lakin hamiləliyin pozulmasından yox. Biz də qadının həyatını xilas etmək üçün vaksin vurduq. Hazırda nə qadının, nə də uşağın səhhətində ciddi problem var. Canavar dişləyənlərin hamısına yardım göstərilib, artıq evə buraxılıblar. Evə dərman, sarğı materialları da verilib. Onu da qeyd edim ki, hamilə qadına vaksin vurulmasının heç bir zərəri yoxdur”.

Vaksinlə bağlı pul tələb edilməsinə gəldikdə, V.Məmmədov bununla razılaşmadı:

“Vaksinlər satışda yoxdur. Dərmanlar Səhiyyə Nazirliyi tərəfindən xəstəxanalara göndərilir. Xəstəxanada vaksin var, xəstələrə də pulsuz vurulur”.

Baş həkimin müavini onu da bildirib ki, Bakıdan gələn analiz nəticəsinə uyğun müalicə davam etdiriləcək:

“Hazırda Bakıya göndərilmiş qan nümunəsinin nəticəsini gözləyirik. Quduzluq təsdiq edilsə, müalicə 90 gün davam edəcək. Bir həftəyə analiz nəticəsi gələcək, ona qədər də müalicə davam edəcək”.

Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda bir ailənin dörd üzvü canavarın hücumuna məruz qalıb. Hücuma məruz qalan şəxslərə yardım göstərilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm