Qəza zamanı itkin düşən neftçinin meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Qəza zamanı itkin düşən neftçinin meyiti tapıldı

Neft meydançasında baş verən qəzada itkin düşənlərdən birinin meyiti tapılıb.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09.00 radələrində ARDNŞ-nin və FHN-nin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və hazırda hamısı evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm