Cəbhəyanı ərazidə 2 qəsəbəyə təbii qaz verildi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Cəbhəyanı ərazidə 2 qəsəbəyə təbii qaz verildi – FOTOLAR

Bu gün Füzuli rayonunun 1 və 2 nömrəli Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı işlər həyata keçirildiyini bildirib, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd edib ki, ilin sonuna kimi rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcək.

Alı Alıyev hər iki qəsəbənin sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Qeyd olunub ki, 201 abonentin olduğu 1 nömrəli Qayıdış qəsəbəsinə 7562 metr, 137 abonentin olduğu 2 nömrəli Qayıdış qəsəbəsinə isə 7921 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilib, 338 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və hər iki qəsəbədəki evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm